ABŞ prezidenti Donald Tramp İranda gedən qarşıdurmanı müharibə adlandırmaqdan çəkinir.
Bakupost.az xəbər verir ki, ABŞ prezidentinin İrana qarşı mövcud qarşıdurmanı “müharibə” yox, “hərbi əməliyyat” adlandırması barədə son bir ay ərzində verdiyi açıqlamaları analiz edən “Reuters” məhz bu qənaətə gəlib.
Ağ Ev bu qarşıdurmanın başlanğıcından etibarən “müharibə” termini istifadə etməyib və hadisəni “Epic Rage” (Böyük qəzəb) əməliyyatı kimi təqdim edib. “Reuters” və digər beynəlxalq agentliklərin təhlilinə görə, ABŞ hakimiyyəti bu termin seçimi ilə həm siyasi, həm hüquqi məsuliyyətləri azaltmağa çalışır.
Məlumata görə, Tramp ən azı bir dəfə baş verənləri açıq şəkildə “müharibə” adlandırsa da, rəsmi sənədlərdə və açıqlamalarda termin olaraq “hərbi əməliyyat” işlədilir. Bu, həm də Ağ Evin əvvəlki təcrübəsindən gələn bir yanaşmadır: 2022-ci ildə Rusiya Ukraynaya tammiqyaslı hücum başladanda, hakimiyyət bunu “xüsusi hərbi əməliyyat” adlandıraraq “müharibə” sözünü qadağan etmişdi. Həmin qadağan çərçivəsində media orqanları bloklanmış, inzibati və cinayət işləri açılmışdı.
Ekspertlər bildirirlər ki, ABŞ-ın hazırkı yanaşması həm daxili siyasi auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara “məhdud məqsədli əməliyyat” mesajını vermək məqsədi daşıyır və eyni zamanda konfliktin eskalasiyasını önləmək üçün diplomatik manevr imkanı yaradır.
Cavid, BakuPost