Goranboyda qonşusunun döydüyü kişi xəstəxanada ölüb.
Bakupost.az xəbər verir ki, Goranboyda yaralanaraq Gəncədə xəstəxanaya yerləşdirilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 41 yaşlı E.Ağalı ilə həmyerlisi 32 yaşlı Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır. (APA)