Gecə saatlarında ABŞ və İsrailin İrana hava hücumları davam edib.
Bakupost.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Gecə yarısından bəri paytaxt Tehranda güclü partlayış səsləri səngimir.
Təbriz, İsfahan və Kərəc şəhərlərində də silsilə partlayışlar barədə məlumat var.