Ru
19:55 / 18 Dekabr 2025

Qonşusunu amansızlıqla qətlə yetirib, arvadını və oğlunu yaralayan 18 yaşlı gəncə HÖKM OXUNDU

Qonşusunu amansızlıqla qətlə yetirib, arvadını və oğlunu yaralayan 18 yaşlı gəncə HÖKM OXUNDU
Eye

Buzovnada qonşusunu öldürən, arvadı və oğlunu yaralayan İnşallah Hacıyevin cinayət işi üzrə ilk məhkəmə prosesi yekunlaşıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan edilib və İnşallah Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İnşallah Hacıyev yaranmış mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb və ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, İnşallah Hacıyev məlum cinayəti 18 yaşı tamam olmamış törədib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar