Ru
19:35 / 18 Dekabr 2025

Unun topdansatış qiymətləri ilə bağlı son - XƏBƏR

Unun topdansatış qiymətləri ilə bağlı son - XƏBƏR
Eye

Ölkə üzrə fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiymətləri açıqlanıb.

Bakupost.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıya Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz, Salyan, Tovuz, Ağsu, Göygöl, Şəmkir və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28-dən çox sahibkarlıq subyekti daxildir.

Məlumata görə, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri əsasən 26,10 manat - 28,60 manat aralığında dəyişir. Ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən "Dəvəçi-Taxıl" MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də (28.6 manat) qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar