Ru
19:27 / 18 Dekabr 2025

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı - VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı - VİDEO
Eye

Ermənistanın dini və ictimai həyatında xüsusi əhəmiyyətə malik olan Eçmiədzin şəhəri son günlər ciddi gərginlik dalğası ilə üz-üzə qalıb.

Bakupost.az xəbər verir ki, şəhər ərazisində toqquşmalar baş verib.

Bildirilir ki, yaranmış gərginliyin əsas səbəbi Ermənistan cəmiyyətində bütün ermənilərin katolikosu II Qareginə münasibətdə dərin parçalanmanın formalaşmasıdır. Bir tərəfdə onun fəaliyyətini dəstəkləyənlər, digər tərəfdə isə istefasını və ya səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edən qüvvələr dayanır. Bu qarşıdurma təkcə dini müstəvi ilə məhdudlaşmayaraq ictimai-siyasi xarakter almağa başlayıb.

Şahidlərin sözlərinə görə, etiraz aksiyaları zamanı tərəflər arasında sözlü mübahisələr fiziki toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıb. İlkin məlumatlara əsasən, insidentlər zamanı bir neçə nəfər saxlanılıb, lakin saxlanılanların dəqiq sayı və onların kimliyi hələlik açıqlanmır.

Hazırda Eçmiədzində təhlükəsizlik tədbirləri gücləndirilib, polis qüvvələri şəhərin əsas nöqtələrində yerləşdirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar