Ru
10:01 / 04 Dekabr 2019

Qoz yağının orqanizmə möcüzəvi FAYDALARI

6454
Qoz yağı qozun ləpəsindən soyuq sıxılma ilə alınan, həm daxilə, həm xaricə istifadə edilməyə yararlı, zəngin və şəfalı yağdır.

Əgər təmiz, keyfiyyətli qoz yağı tapa bilsəniz, hansı xəstəliklər və problemlərdə istifadə edə biləcəyinizi sizə təqdim edirik:


1. İltihabı sağaldır. Omega 3 və omega 6 kimi çoxlu doymamış yağlar ilə qoz revmatizm və digər iltihablı xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.

2. Ekzema kimi dəri xəstəliklərindən qorunmanı təmin edir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, gündə bir neçə qaşıq qoz yağı qəbul etmək ekzema kimi dəri xəstəliklərinin müalicəsinə kömək edir.

3. Qocalmanın təsirlərini azaldır. Antioksidant tərkibli qoz və qoz yağı hüceyrə məhvinə səbəb olan sərbəst radikalları nəzarət altında saxlayır və qocalmanın təsirlərini gecikdirir.

4. Hormon səviyyələrinin normalda qalmasına yardımçı olur: Selen, fosfor, maqnezium, sink, dəmir baxımından zəngin olan qoz, həmçinin hormonları tarazlayıcı xüsusiyyəti olan kalsiumu da əhatə edir.

5. Ürək xəstəliklərinə tutulma riskini azaldır. Daşıdığı omega-3 yağ turşusu olan alfa-linol turşusu ilə qan damarlarının sağlamlığına yardımçı olur və ürək xəstəliyi riskini azaldır.

6. Qan dövranını artırır. Yüksək miqdarda omega 9 doymamış yağı daşıdığına görə, damar sərtliyininə mane olur və qan dövranını artırır. Damar elastikliyi yüksək təzyiq və ürək xəstəliklərinin əsas səbəblərindən olduğu üçün gündə 2-3 ədəd qoz və ya bir miqdar qoz yağı qəbul etmək tövsiyə edilir.

7. Dəri sağlamlığına kömək olur: B-1, B-2, və B-3 vitaminləri ilə dəri səthinin daha hamar olmasına və keyfiyyətinin yüksəlməsinə yardım edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər