Ru
14:58 / 12 Dekabr 2025

Qriqoryan təsdiqlədi: “Azərbaycanla neft idxalı ilə bağlı danışıqlar aparırıq”

Qriqoryan təsdiqlədi: “Azərbaycanla neft idxalı ilə bağlı danışıqlar aparırıq”
Eye

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanla neft və neft məhsullarının idxalı barədə danışıqların aparıldığını təsdiqləyib.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Radio Svoboda”nın erməni xidmətinə açıqlamasında deyib.

Qriqoryanın sözlərinə görə, danışıqlar Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə aparılıb və hazırda “əməkdaşlıq üçün real imkanlar mövcuddur”. O bildirib ki, yanacağın mümkün daşınması dövlətlərarası mexanizmdən daha çox özəl ixracatçı və idxalçılar arasında bazar şərtləri ilə həyata keçiriləcək.

Mümkün idxal həcmləri, qiymət diapazonu və ya prosesdə iştirak edə biləcək erməni şirkətlər barədə məlumat verməyən erməni rəsmi Azərbaycan yanacağının Rusiya məhsulları ilə rəqabət aparıb-aparmayacağı barədə sualı da cavablandırmayıb.

Qriqoryan neft və neft məhsullarından əlavə başqa malların da qarşılıqlı ticarətə daxil edilə biləcəyini deyib, lakin hansı kateqoriyalar üzrə danışıqlar aparıldığını açıqlamayıb: “Digər məhsullar üzrə dialoq davam edir”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bundan əvvəl bildirmişdi ki, Bakı və İrəvan neft və neft məhsullarının Ermənistan bazarına tədarükü ilə bağlı texniki və kommersiya aspektlərini müzakirə edir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar