Ru
20:11 / 14 Fevral 2020

Qubad İbadoğlunun qızının döyülməsi xəbəri ilə bağlı - DİN-dən açıqlama

 Qubad İbadoğlunun qızının döyülməsi xəbəri ilə bağlı -   DİN-dən açıqlama
Eye

Daxili İşlər Nazirliyi iqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının məntəqələrindən birində səsvermə zamanı bir qadın tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülər haqda açıqlama verib.

BakuPost-un
məlumatına görə, bu barədə "Qafqazinfo"ya DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlama verib.

Bildirilib ki, həmin hadisə ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsində Jalə Bayramovanın izahatı alınıb: "Jalə Bayramova fevralın 10-da Lənkəran Şəhər Polis Şöbəsinə dəvət olunub və şöbənin rəhbərliyi tərəfindən qəbul edilib. Bundan sonra xəsarətlərinin dərəcəsinin təyin olunması üçün ekspertiza müayinəsindən keçirilməsi təmin olunub. Hazırda araşdırma davam etdirilir. Tibbi ekspertizanın rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Mətbuat xidmətindən bildirilib ki, bu hadisə ilə bağlı hazırda saxlanılan yoxdur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar