Ru
23:45 / 16 Aprel 2021

Ramazanın 4-cü gününün duası - İmsak və iftar vaxtları

4771
Sabah Azərbaycanda Ramazan ayının dördüncü günüdür.

Bakupost.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 04:24, iftar isə 19:36-ya təyin olunub.

İmsak duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər