Ru
12:02 / 23 Aprel 2019

Ramil Usubovdan yeni kadr TƏYİNATLARI

2951
 

Daxili işlər orqanlarında yeni təyinatlar olub.


Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayev və İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.


Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.


Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib. (Report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər