Ru
12:11 / 13 Sentyabr 2021

Ramin Bayramlının istefası qəbul edildi - TƏBİB-dən açıqlama

Ramin Bayramlının istefası qəbul edildi -  TƏBİB-dən açıqlama
Eye

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bakupost.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat yayıb.

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar