Rayonlara giriş-çıxış qaydaları müəyyənləşdi - Üç halda icazə veriləcək

  • 07 Avq 2020 21:23
  • 3020 Baxış
Rayonlara giriş-çıxış qaydaları müəyyənləşdi -  Üç halda icazə veriləcək


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək.

"BakuPost" xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Bildirilib ki, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər icazəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə almalıdırlar.

Bundan başqa, şəxs təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayışla, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslər isə yaşadıqları və ya olduqları yerə pasportlarına vurulmuş ştamp əsasında gedə bilərlər.



X