Ru
09:44 / 23 Sentyabr 2021

"Real Madrid"in futbolçusu yeni rekorda imza atdı

2438
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Bakupost.az xəbər verir ki, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Benzema 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə verib ki, bu da XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. O, bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, "Real Madrid" 16 xalla turnir cədvəlinə başçılıq edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər