Ru
10:21 / 16 Mart 2026

Referendum günü doğulan körpəyə elə bir ad qoydular ki...

Referendum günü doğulan körpəyə elə bir ad qoydular ki...
Eye

Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendum günü doğulan oğlan uşağına qeyri-adi ad qoyulub.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, körpəyə "Atazan" ("Əcdadlar qanunu" mənasını verir - red.) adı qoyulub.

Manqistau Vilayətinin İctimai Kommunikasiya Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, böyük bir ailənin doqquzuncu övladı olaraq dünyaya gəlib.

Valideynlər etiraf edirlər ki, ölkə üçün belə bir vacib gündə oğullarının dünyaya gəlməsi onlar üçün böyük sevinc olub və bu, ömürlük xatırlanacaq xatirədir.

"Bu hadisənin ailəmizin tarixində əbədi qalması üçün ona Atazan adını verməyə qərar verdik. İstəyirik ki, o, layiqli bir insan kimi böyüsün, vətənini sevsin və ölkəmizə xidmət etsin", - deyə yeni doğulmuş körpənin anası bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar