Ru
10:39 / 16 Mart 2026

Tramp “Hörmüz Koalisiyası” qurur

Tramp “Hörmüz Koalisiyası” qurur
Eye

ABŞ prezidenti Donald Trump Hörmüz boğazını yenidən açmaq üçün bir neçə ölkədən ibarət beynəlxalq koalisiya yaratmaq planı üzərində işləyir.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalının məlumatında deyilri. Mənbələrin bildirdiyinə görə, Trampın “Hörmüz Koalisiyası” qurmaq təşəbbüsünün bu həftə elan olunması planlaşdırılır.

Eyni zamanda Tramp administrasiyası İranın əsas neft terminalı olan Xark adasını ələ keçirmək variantını da nəzərdən keçirir.

ABŞ rəsmilərinə görə, əgər Fars körfəzində tankerlərin hərəkəti blokadada qalarsa, Xark adasını ələ keçirmək addımı gündəmə gələ bilər. Lakin belə bir əməliyyat ABŞ quru qoşunlarının iştirakını tələb edəcək.

Prezident Donald Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə Hörmüz boğazından faydalanan ölkələrin onu açmaq üçün səy göstərə biləcəyini bildirib.

Tramp deyib ki, əgər digər ölkələr İrana mane olmasa, bu, NATO-nun gələcəyi üçün çox pis nəticələrə səbəb ola bilər. O, əvvəllər Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı boğazı açmaq üçün "birgə səylərə" qoşulmağa çağırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar