Bir neçə gün əvvəl vəfat edən türkiyəli məşhur tarixçi ölümündən əvvəl "vida proqramı"na çəkilib.
Bakupost.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Fateh Altaylı qeyd edib.
O bildirib ki, İ.Ortaylı əməliyyat olunmazdan əvvəl ona zəng edərək birlikdə proqram çəkməyi təklif edib:
"Əvvəlcə bunu əməliyyatdan sonra etməyi təklif etdim. İlbər Ortaylı isə proqramın əvvəlcədən çəkilməsini istədi. Niyə əməliyyat öncəsi istədiyini anlayırdım..."Çək, sonra yayımlayarsan. Biz proqramı çəkək. Cəlala de, o da gəlsin", - dedi. Cəlal Şengörə zəng etdim. "İlbərin əmri baş üstünə", - deyərək təklifi qəbul etdi. Əslində bu, bir növ “vida proqramı” idi. Çəkdik...Hələ ki yayımlamamışıq",- o qeyd edib.
Xatırladaq ki, 78 yaşlı türkiyəli tarixçi, professor İlbər Ortaylı 7 gündür reanimasiyadan sonra 13 mart tarixində vəfat edib.
Xanım Səbuhi, BakuPost