Dələduzluqda ittiham olunan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun vəkili onun istintaqa cəlb edilməsindən danışıb.
Bakupost.az xəbər verir ki, vəkil Ramal Şahmarov Teleqraf-a açıqlamasında Fazil Əmiraslanov barəsində qərarın istintaqdan sonra veriləcəyini deyib.
“İstintaq prosesi davam edir, yalnız araşdırmalar başa çatdıqdan sonra qərar veriləcək. Hazırda Fazil Əmiraslanov Bakıdadır", - vəkil bildirib.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov video müraciətində 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb.