Respublika Hərbi Prokuroru Bəhruz Əhmədova yeni böyük köməkçi təyin edilib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Rövşən Əfəndiyev hərbi prokurorun böyük köməkçisi təyin edilib.