Ru
13:37 / 30 Yanvar 2026

Yeni ildə turşudan zəhərlənmişdi, 22 gün sonra öldü

Yeni ildə turşudan zəhərlənmişdi, 22 gün sonra öldü
Eye

Yeni il günü turşudan zəhərlənən 53 yaşlı Elşən Şöyübov 22 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.


Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə Qazax rayonunun Qaymaqlı kəndində baş verib.

Belə ki, Şöyübovlar ailəsi bayram günü yedikləri pomidor turşusundan zəhərləniblər. Ailənin iki övladı müalicə alaraq sağalıb. E.Şöyübovun vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, E.Şöyübov bu il yanvarın 1-də turşudan zəhərlənmə şübhəsi ilə Toksikologiya şöbəsinə hospitalizasiya olunub:

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib, aparılan müayinələrin nəticələrinə əsasən ona botulizm diaqnozu təyin edilib. Pasiyent ağır vəziyyətdə 22 gün reanimasiya şöbəsində müalicə alıb, daha sonra ailə üzvlərinin könüllü müraciəti əsasında özəl klinikaya köçürülüb”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar