Ru
12:54 / 30 Yanvar 2026

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı qərar verdi

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı qərar verdi
Eye

Gələcəkdə xüsusi dövlət qulluğunda xidmət illəri ümumi dövlət qulluğu pensiya stajına daxil edilə bilər.


Bakupost.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı tövsiyə Konstitusiya Məhkəməsinin müvafiq qərardadında öz əksini tapıb.

Sənəddə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilib.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar