Uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra sabiq spiker Rəsul Quliyevin adı yenidən qalmaqallı torpaq satışı ilə gündəmə gəlib. İddialara görə, vaxtilə Şeyxülislam Allahşükür Paşazadənin qudası, keçmiş deputat Qalib Salahzadəyə məxsus olduğu deyilən Bilgəh ərazisindəki bahalı torpaq sahəsi nəhayət ki, satışa çıxarılıb və 5 milyon manat dəyərində satılıb.
Bakupost.az xəbər verir ki, Qalib Salahzadə Globalinfo.az-a açıqlamasında sözügedən torpaq sahəsini Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun aldığını bildirib.
Qalib Salahzadənin sözlərinə görə, ona ata-babadan 4 hektar torpaq sahəsi miras qalıb və həmin ərazidə 8 ev tikilib.
O bildirib ki, illər əvvəl Rəsul Quliyev qeyri-qanuni yollarla bu torpağın 72 sotunu ələ keçirib:
“Torpağın 12 sotu bacısının adına, 60 sotu isə kirvəsi Ağasif Şakiroğlunun adına “rəsmiləşdirilib”. Uzun illərdir məhkəmələrə müraciət edirəm, çünki bu torpaq qanunla mənə məxsusdur. Hətta Rəsul Quliyevlə aramızda məhkəmə çəkişməsi gedən dövrdə Qod Nisanov və atası evimə gələrək həmin torpağı onlara satmağımı təklif etdilər. Mən isə bundan imtina etdim”.
Qalib Salahzadə qeyd edib ki, sonradan Ağasif Şakiroğlu Sabunçu Rayon Məhkəməsinin hakimi ilə ailə qurub və işə məhz onun həyat yoldaşı baxıb:
“Təbii ki, qərar ərinin xeyrinə verildi. Hazırda Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Orada da hakim yəhudidir və Qod Nisanovun adamıdır. Mənim xeyrimə qərar çıxarılmayacağını düşünürəm”.
Salahzadənin iddiasına görə, torpaq sahəsi qanunsuz şəkildə Həsənov Yalçın adlı şəxsin adına sənədləşdirilib:
“Qod Nisanov bu bağı qanunsuz yollarla rəsmiləşdirib. Daha sonra isə Azərbaycan Milli Məclisinin sabiq spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevə 5 milyon dollar göndərilib. Dövlətə və hökumətə qarşı sərt çıxışlar edən bir şəxsə bu qədər vəsaitin ötürülməsi nə dərəcə doğrudur? Bütün bunlar qanunsuz yollarla baş verir”.
Görəsən, dünyada 2ci bir blə bir Kosmostik, Beynəlxalq Tribunlar, ya əlçatmaz həngamələrdən yapışıb, yozma-yapmaya bəlkə də heç bir əsassız iddia-çamur düşünənlər ölkəsi varmı? Bilgəhdəki 4 ha sahə tarixən-ilkən Sənədlə Kimin adına verilib? Sonrası da bu günə qədər elə həmin və sanki, hüdudları sonsuz 5 milyonluq ərazi kimlərin adına (təbii ki, notarial qaydada və dəqiq hansı qiymətə də) köçürülüb, sənədli təsdiqləri yoxmu? Nədən, faktları sübut edən sənədlər əvəzinə ölkə daxili də deyil, *beynəlxalq* məkana *atmacalar* yayımlanır? Ermənistanın bəzi vətəndaşları yeni (yəni Paşinyon) hökumətinə (dolayı da olsa *özləri*nin) Azərbaycana qarşı 33 də yox, 36 illik xaricdən dəstəklənən *Miatsum!* terror cinayətinə məsuliyyət iddiaları təqdim edirlər? Daşnak millətçiləri həmin dövrlərdə 165 min azərbaycanlı ailəsini Ermənistandakı öz doğma məkanlarında deport ediblər, 300 mindən çox azərbaycanlı ailəsini isə (özünə saxlanmış vətən parçasındakı Qarabağ və ətraf) doğma məskən-mülklərindən hərbi-genosid terroru ilə qovublar. Ən azı 20 min günahsız azərbaycanlı qətlə yetirilib. Həmin kütləvi-ağır faciəvi cinayətlərə qarşı cəza iddiası ilə Azərbaycan və Beynəlxalq Hüquq qurum-tribunal və məhkəmələrinə işğal dövründə və sonradan neçə yüz min fərdi-ailə və vətəndaş iddia-ərizələr təqdim edilib, göndərilib?