Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində toy mərasimi zamanı bıçaqlanan bəy aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada vəfat edib.
"Bakupost" xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, yeni evlənən cütlük toylarını kafedə qeyd edərkən qonşu zalda başqa bir qrup ad günü mərasimi keçirirmiş. İki qrup arasında mübahisə yaranıb.
Dava-dalaş zamanı bəy dostunu müdafiə etmək istəyərkən qarşı tərəfdən olan şəxslərdən biri bıçaq çıxararaq onun ürək nahiyəsinə zərbə endirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və mürəkkəb əməliyyat keçirib. O, əməliyyatdan sonra özünə gəlsə də, vəziyyəti kəskin pisləşib.
Həkimlərin səylərinə baxmayaraq, bəyin həyatını xilas etmək mümkün olmayıb. Hücumu törətməkdə şübhəli bilinən şəxs isə könüllü şəkildə polisə təslim olub.