Ru
23:59 / 29 İyul 2026

Erməniəsilli bloqerin Dubay macərası belə başa çatdı

Erməniəsilli bloqerin Dubay macərası belə başa çatdı
Eye


BƏƏ-dən Rusiyaya ekstradisiya edilən bloqer dələduzluqda ittiham olunur.

"Bakupost" TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Baş Prokurorluğunun tələbi əsasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları erməniəsilli bloqer Lusik Karapetyanı Rusiyaya ekstradisiya ediblər.

Məlumata görə, o, 2023-cü ildə dələduzluğa görə məhkum olunmuş bloqer Xizri Zapirovun PR-direktoru kimi tanınırdı.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin səlahiyyətli qurumlarının nümayəndələri Rusiya DİN-in İnterpol Milli Mərkəzi Bürosunun və Federal Penitensiar Xidmətin əməkdaşlarına Rusiya vətəndaşı olan qadını təhvil veriblər.

Rusiya Baş Prokurorluğu ekstradisiya edilən şəxsin Lusik Karapetyan olduğunu təsdiqləyib. O, Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəyə gətirilib. Həmin maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə və 1 milyon rubla qədər cərimə nəzərdə tutulur.

İrina Volk bildirib ki, ekstradisiya İnterpol kanalları vasitəsilə həyata keçirilən əməkdaşlıq və Rusiyanın BƏƏ-dəki DİN nümayəndəliyinin xarici tərəfdaşlarla koordinasiyası nəticəsində mümkün olub.

Qeyd edək ki, Lusik Karapetyan 2023-cü ilin avqustunda BƏƏ-də saxlanılıb.

İstintaqın versiyasına görə, o, insanlara mərc oyunlarında böyük uduş qazanacaqlarını vəd edən, əslində isə onların pullarını mənimsəyən mütəşəkkil qrup yaradıb. Buna görə də o, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar