Ru
21:49 / 29 İyul 2026

Bu ölkədə 20 futbolçu itkin düşdü

Bu ölkədə 20 futbolçu itkin düşdü
Eye

İsveçin Höteborq şəhərində keçirilən “Gothia Cup” futbol turnirində iştirak edən Efiopiyadan olan təxminən 20 nəfərlik nümayəndə heyəti yoxa çıxıb.


"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis itkin düşənlərin 14-17 yaş arası yeniyetmə oğlanlar, eləcə də bir və ya bir neçə komanda rəhbəri olduğunu bildirib.

“Göteborgs-Posten” yazır ki, builki “Gothia Cup” turnirinin sonuncu günündə məktəb inzibatçısı orada məskunlaşan Efiopiya komandasının xəbər vermədən ərazini tərk etdiyini müəyyən edib.

Turnir təşkilatçıları dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər və polis itkin düşmə haqqında axtarış elanı verib. Şəhər polisi hazırda həmin şəxslərin Efiopiyaya qayıtmadığını və hadisənin könüllü olaraq aradan çıxmaq (sığınacaq almaq məqsədilə) kimi göründüyünü bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar