Ukrayna Silahlı Qüvvələrinin mayoru 80 əsgərdən ibarət bölüyü Odessa vilayətində özünə şəhərkənarı ev tikməyə məcbur edib.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, tikinti işləri bir neçə ay davam edib. Tikinti materiallarının daşınması üçün isə hərbi yük nəqliyyatından istifadə olunub.
Qanunsuz əməlləri ifşa edilən hərbi hissə komandiri saxlanılıb. Ona qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham irəli sürülüb. Mayor 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üz-üzədir.