Ru
09:00 / 30 İyul 2026

Yaşı 60-dan çox olanların nəzərinə

Yaşı 60-dan çox olanların nəzərinə
Eye

ABŞ-də aparılan araşdırmaya görə, 60 yaşdan yuxarı insanların gündəlik yerimə sürətini bir qədər artırması fiziki imkanlarını qorumağa kömək edə bilər.


"Bakupost" Medicina.az-a istinadən xəbər verir ki, dəqiqədə təxminən 14 addım daha çox atan yaşlı insanlar altı dəqiqəlik yerimə testində daha uzun məsafə qət ediblər.
Araşdırmada 60 yaşdan yuxarı 102 nəfər iştirak edib. Dörd ay davam edən proqram zamanı daha sürətli yeriyən iştirakçıların yerimə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, bir qədər sürətli yerimək ürək, əzələ və tarazlıq sistemini gücləndirə bilər. Lakin yaşlı şəxslərə fiziki aktivliyi sağlamlıq vəziyyətlərinə uyğun şəkildə artırmaq tövsiyə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar