Döyüş sənəti testləri zamanı “Unitree G1” adlı insanabənzər robot operatorunu təpiklə vurub.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, robot test zamanı operatorunun döyüş hərəkətlərini təkrar etməyə çalışarkən yanlışlıqla insana zərbə vurub. Həmin anın görüntüləri sosial mediada viral olub.
Ekspertlər bildirir ki, bu hadisə göstərir ki, qüsursuz görünən alqoritmlər belə gözlənilməz nəticələr verə bilər. Robotlar insan hərəkətlərini yamsılaya edə bilsələr də, bu onların insanın yerini tamamilə ala biləcəyi anlamına gəlmir. Çin testləri həmçinin robotların fiziki mühitlə qarşılıqlı təsirində risklərin mövcud olduğunu ortaya qoyur.
Əvvəlllər də bu robotların proqramlaşdırma ilə rəqs və döyüş kimi mürəkkəb hərəkətləri uğurla nümayiş etdirdiyi göstərilmişdi. Bu tip testlərin məqsədi, gələcəkdə robotların insanların yanında gündəlik həyatda və istehsal sahələrində fəaliyyət göstərə bilməsini təmin etməkdir.