Ru
17:32 / 08 Sentyabr 2025

"Roza Zərgərli nəvəmi təhqir edib" - Video

"Roza Zərgərli nəvəmi təhqir edib" - Video
Eye

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərlini məhkəməyə verib. Məhkəmə Rozanın xeyrinə nəticələnərək, onun Seyidcahanın ünvanına dedikləri təhqir hesab edilməmişdi.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, E.Seyidcahan məhkəmədə uduzması haqda ilk dəfə danışıb. "Tarixin bir günü" proqramına qatılan müğənni aparıcı Tarix Əliyevin bu haqda suallarını cavablandırıb. O bildirib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcək:

"Sona qədər gedəcəyəm. Hər şeyi boş verən adamam. Qızıl vaxtımı boşa xərcləmək istəmirəm. Amma bunda işi boş qoymayacağam. Bu hadisə yarım ildən çoxdur gedir. Özümə yaraşdırmadım bəzi şəxslərlə fotom qoyulsun. Ona görə hadisəni şərh etmədim. Amma il yarım sonra həddini bilməyən, özünə aparıcı deyən blogerlər etdi. Hadisəni yutub kanalında danışdı. Həmin aparıcı da məsuliyyətə cəlb ediləcək. Bizə verilən adlar var, onu təhqir edib. Sənətkarlar haqqında sənətin "s" hərfini görməyənlər danışırlar. Partada oturmayan, baba, nənə, ata, ana tərbiyəsi görməyənlər danışırlar. Ünvansız insanlardır. Düşünmürlər ki, bunu edərəm dayım, əmim nə deyər? Onların hədlərindən böyük danışmaları...

Qanunlara güvənirəm, məhkəmə davam edir. Burada uşağa, nəvəmə şiddət var. Deyir, uşağı atdım, o qaldırdım... Nəvəmin adını çəkir. İcazə vermərəm nəvəmin şərəf, ləyaqəti təhqir edilsin. Deyir "çayniki qambazladım"... Nəvəmin 9 yaşı var, məktəbə gedir, orada ona bu sözü deyirlər. Görün sənətkara nə deyir. Prezident bizə imza atıb fəxri ad verib".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar