Bakıda sürücü diqqətsizliyi işıqforun yararsız vəziyyətə düşməsinə səbəb olub.
Bu barədə
Bakupost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Belə ki, bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.