Kasper Yulman "Bayer Leverkuzen"in baş məşqçisi təyin edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb.
"Belə bir komanda ilə işləməyi mənə etibar etdikləri üçün fəxr edirəm. Keçmişdə əldə etdiyim uğurlardan sonra həm təcrübəli, həm də gənc, maraqlı oyunçularla birlikdə "Bayer"in gələcəyini formalaşdırmağa kömək etmək üçün çox motivasiyalıyam", - deyə Yulman bildirib.
Qeyd edək ki, Yulmanın son iş yeri Danimarka yığması olub (2020-2024-cü illər).
Xatırladaq ki, sentyabrın 1-də "Bayer Leverkuzen" rəhbərliyi baş məşqçi Erik ten Haqı istefaya göndərmişdi.