Ru
22:29 / 08 Sentyabr 2025

"Labubu" istehsalçısının səhmlərinin dəyəri azaldı

"Labubu" istehsalçısının səhmlərinin dəyəri azaldı
Eye

"Labubu" oyuncaqlarının istehsalçısı olan "Pop Mart" şirkətinin səhmləri 7,11 % ucuzlaşıb.


Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, səhmlər 287,6 Honkonq dollarına düşüb.

Bu dinamika bəzi oyuncaqların satışında tələbin azalması və investorlar arasında gəlirliliyə dair narahatlıqlarla əlaqələndirilir.

Bildirilib ki, bu ucuzlaşma son beş ay ərzində "Pop Mart"ın səhmlərində ən ciddi eniş olub.

Məlumat üçün bildirək ki, "Labubu" – uzunqulaq, geniş dişli təbəssümü olan yumşaq oyuncaqdır. Bu obrazı honkonqlu illüstrator Kasing Lung Skandinaviya mifologiyasından ilhamlanaraq yaradıb. Çin şirkəti "Pop Mart" bu oyuncaqları 2019-cu ildən istehsal edir, lakin "Labubu"nun populyarlığı 2024-cü ildə - əvvəlcə Asiyada, daha sonra isə dünya ulduzları və sosial şəbəkələrdəki viral trendlər sayəsində beynəlxalq miqyasda sürətlə artıb.

Qeyd edək ki, indiyə qədər "Labubu"nun 300-dən çox növü istehsal edilib. 2025-ci ilin iyun ayında Pekində keçirilən ilk rəsmi "Labubu" hərracında 122 sm hündürlüyündə yaşıl "Labubu" fiquru 170 min ABŞ dollarına satılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar