Ru
21:25 / 08 Sentyabr 2025

“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər, ancaq...

“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər, ancaq...
Eye

İstanbulun Sabiha Gökçen Hava Limanında “Duty Free”dən oğurluq edən şəxslər təyyarədə saxlanılıb.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sərnişinlər oğurluq etdikdən sonra “AJet” reysi ilə Bakıya uçmaq üçün təyyarəyə miniblər.

Mağaza işçilərinin sayıqlığı sayəsində qısa müddətdə polis və təyyarə ekipajına məlumat verilib.

Aparılan axtarış zamanı oğurlanmış əşyalar həmin şəxslərin üzərindən tapılıb.

Qeyd edək ki, həmin sərnişinlərin milliyyəti açıqlanmayıb.

İnsidentlə əlaqədar uçuş reysində qısa gecikmə olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar