İsrail son iki gündə 50 terror qülləsini məhv edib. Bu, Qəzza şəhərinin fəthi əməliyyatının sadəcə başlanğıcıdır.
Bakupost.az xəbər verir ki, bu sözləri İsrailin Baş nazir Binyamin Netanyahu videobəyanatında bildirib.
O, bütün terror yuvalarını məhv edəcəyinə söz verib.
"Bir neçə gün əvvəl sizə söz vermişdim ki, Qəzzanın terror qüllələrini məhv edəcəyik. Biz məhz bunu edirik. Son iki gündə bu qüllələrdən 50-si dağıdılıb. Hava qüvvələrimiz onları yerlə bir edib. Bütün bunlar sadəcə giriş, əsas intensiv əməliyyatın - qüvvələrimizin yerüstü manevrlərinin başlanğıcıdır”, - o söyləyib.
Netanyahu həmçinin Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb.
“Bu fürsətdən istifadə edib Qəzza sakinlərinə səslənirəm: diqqətlə qulaq asın, sizi xəbərdar ediblər - oranı tərk edin”, - o vurğulayıb.