Ru
20:13 / 08 Sentyabr 2025

Nepalda etirazlar: ölənlərin sayı 19-a çatdı

Nepalda etirazlar: ölənlərin sayı 19-a çatdı
Eye

Nepalda nümayişlər zamanı ölənlərin sayı 19 nəfərə çatıb, 347 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.

Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, nümayişlər bazar ertəsi Katmanduda başlayıb, onminlərlə etirazçı parlament binasını mühasirəyə alıb. Onlar hökumətin sosial media platformalarının əksəriyyətini, o cümlədən "Instagram", "YouTube" və "X"i ölkədə qadağan etmək qərarına cavab olaraq küçələrə çıxıblar.

Etirazçılar tikanlı məftillərin üzərindən aşaraq polisi parlament kompleksinə çəkilməyə məcbur ediblər. Az sonra polis atəş açıb.

Hökumət bəzi şəhərlərdə komendant saatı elan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar