Ru
18:04 / 08 Sentyabr 2025

Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi

Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi
Eye

Hesablama Palatası vahid xəzinə hesabının sərbəst qalığından istifadə ilə bağlı Maliyyə Nazirliyinə irad bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövründə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 mlrd. 395,4 mln. manat vəsait yönəldilib. Halbuki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur.

Palata vurğulayıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar