Ru
11:32 / 01 Avqust 2020

Rusiya bütün ölkələrə uçuşlara başlaya bilər

Rusiya bütün ölkələrə uçuşlara başlaya bilər
Eye

Rusiya avqust ayının 11-dən bütün ölkələrlə hava əlaqəsini bərpa edə bilər.

Bu barədə TASS öz mənbələrinə istinadla məlumat yayıb. Lakin hələlik yekun qərar qəbul edilməyib.

Bu gündən isə Rusiya üç ölkə ilə uçuşları bərpa edib. Bunlar Türkiyə, Böyük Britaniya və Tanzaniyadır. Reyslər Moskva, Sankt-Peterburq və Rostovdakı hava limanlarından həyata keçiriləcək. Hələlik ancaq London, İstanbul və Ankara şəhərlərinə uçuşlar olacaq. Ayın 10-dan isə Türrkiyənin Bodrum, Dalaman, Antaliya kimi turistik məkanlarına da yol açılacaq.

Koronavirus pandemiyası ilə əlaqədar Rusiya mart ayının 27-dən müntəzəm və çarter uçuşları dayandırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar