“Bu görüş Ermənistan və Azərbaycan arasında sülhə doğru atılan ən uğurlu addımdır. Dünyanın bir nömrəli dövlətində, bir nömrəli prezidentin qarantı və imzası ilə iki dövlət arasında bəyannamə imzalandı. Bundan gözəl nə ola bilər?”
Bu fikirləri
Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşünün nəticələri barədə danışarkən bildirib.
“Çox xoş bir hadisə idi. Bizim prezidentin müdrik siyasəti nəticəsində 200 illik bir problem həll olundu. Rusiya yəqin ki, çox pərt olub. Nə edə bilər ki? İki qonşu dövlətik. Bir-birimizlə insan kimi yaşamaq istəyirik, müharibəyə son qoymaq istəyirik”, - deyə o vurğulayıb.
Deputat əlavə edib ki, bu tarixi hadisəni təbii ki, gözü götürməyənlər olacaq:
"Rusiyanın Ermənistanda qüvvələri, 5-ci kalonu var. Onlar nəsə səs-küy sala bilər. Amma Paşinyan çox uğurlu bir addım atdı. Sübut etdi ki, o, Ermənistanı hamıdan çox sevir. İstəmir ki, erməni xalqı yenidən gözü yaşlı qalsın. Ona görə də Paşinyan Ermənistan üçün uğurlu adamdır. Təbii ki, istəməyən qüvvələr var və bu uğurlara kor olacaqlar".
Lalə Novruz,
BakuPost