Ru
22:56 / 18 Avqust 2025

Rusiya Donetskə hücum etdi: 4 ölü, 7 yaralı

Rusiya Donetskə hücum etdi: 4 ölü, 7 yaralı
Eye

Rusiya Donetsk vilayətinin Dobropolye şəhərinə zərbə endirib.


Bakupost.az xəbər verir ki, partlayış nəticəsində küçədə olan bir qadın həlak olub.

Bundan əlavə 26, 31 və 74 yaşlı üç kişi müxtəlif bədən xəsarətləri alıb.

Bununla yanaşı, Rusiya ordusu Konstantinovka şəhərinə də beş “Smerç” reaktiv mərmisi ilə hücum edib.

Nəticədə iki mülki şəxs həyatını itirib, daha dörd sakin isə qəlpə yaraları alıb.

Yaralılara tibbi yardım göstərilir, onların bəzilərinin vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Paralel olaraq Rusiya ordusu yaşayış məntəqəsini artilleriya atəşinə də tutub. Hücum nəticəsində 74 yaşlı bir kişi həlak olub.

Partlayışlar nəticəsində fərdi yaşayış evləri, ictimai iaşə obyektləri zərər görüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar