Ru
11:56 / 04 Sentyabr 2025

Rusiya Ermənistanla ticarəti yarıbayarı azaldacaq - Overçuk

Rusiya Ermənistanla ticarəti  yarıbayarı azaldacaq - Overçuk
Eye

Rusiyanın Ermənistanla ticarəti ilin sonuna qədər yarıbayarı azalacaq.


Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşması Moskva ilə İrəvan arasında qarşılıqlı ticarət dövriyyəsinə mənfi təsir göstərir. O, bu il sonuna qədər ölkələr arasında təxminən 6 milyard dollar dəyərində ticarət itkisi gözlənildiyini bildirib.

Overçuk qeyd edib ki, Ermənistan və Aİ arasında yaxınlaşma səbəbindən Rusiya biznesi Ermənistanda gələcək perspektiv görmür, çünki Avropa İttifaqı ilə də əməkdaşlıq imkanları məhduddur.


Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar