Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsi bütün növ nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb.
Baupost.az xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata görə, keçid məntəqəsinin torpaq sürüşməsi nəticəsində bağlandığı bildirilib. Nəticədə kilometrlərlə sərhəddə növbələr yaranıb.