"Türkiyə atəşkəsi sürətləndirəcək ədalətli və davamlı sülhün yolunu açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırdır".
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, İstanbul danışıqları müharibənin dağıdıcı təsirlərinin getdikcə dərinləşdiyi bir dövrdə diplomatik həll yolunda mühüm mərhələdir: "İstanbul prosesinin hərtərəfli və hazırda kəskinləşən problemləri həll edəcək şəkildə həyata keçirilməsinin faydalı olacağına inanırıq. Bölgədə qan tökülməsinə son qoymaq istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirməsini gözləyirik. Atəşkəsi təmin edəcək, ədalətli və davamlı sülhün yolunu açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırıq".