Ru
18:10 / 28 Avqust 2025

Rusiya növbəti dəfə Azərbaycan səfirliyini hədəf aldı: Zərbə binaya bu zərəri vurdu - FOTO

Rusiya növbəti dəfə Azərbaycan səfirliyini hədəf aldı: Zərbə binaya bu zərəri vurdu - FOTO
Eye

28 avqust tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Raketlərdən birinin ölkəmizin Ukraynadakı Səfirliyinin binası yaxınlığında partlaması nəticəsində binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir.

***
17:33
Ukraynalı jurnalist Denis Kazanski iddia edir ki, Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyindən cəmi 100 metr aralıya düşüb.

Bakupost.az xəbər verir ki, jurnalist raketin düşdüyü yerlə səfirlik arasındakı məsafəni əks etdirən görüntüləri də paylaşıb.

“Gecə Rusiyanın atdığı raketlər Azərbaycanın Kiyevdəki səfirliyinə yönəlib, lakin bir qədər yayınaraq hədəfə dəyməyib. Raket binadan təxminən 100 metr aralıda düşüb. Daha əvvəl ruslar bir neçə Azərbaycan neft bazasını bombalamışdılar. İndi isə açıq şəkildə səfirliyə qarşı terror hücumlarına keçiblər,” – deyə o yazıb.

Məlumata görə, raketin düşməsi nəticəsində yanğın və güclü partlayış baş verib.

Qeyd edək ki, iyul ayının ortalarında da Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığındakı ərazi raket hücumuna məruz qalmışdı. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Ukraynada yerləşən Azərbaycanın energetika obyektlərini dəfələrlə atəşə tutub.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar