Ru
19:54 / 03 Dekabr 2025

Rusiya “Roblox”u blokladı

Rusiya “Roblox”u blokladı
Eye

Rusiyada rəqəmsal oyun platforması “Roblox” terror və LGBT mövzularında təbliğat apardığı əsası ilə bloklanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət Qurumu (Roskomnadzor) məlumat yayıb.

Qurumun yazılı açıqlamasında bildirilir ki, platformaya girişə məhdudiyyət qoyulmasının səbəbi orada ekstremizm, terror aktları və LGBT mövzusunda təbliğatın aparılmasıdır.

Bundan əlavə, oyunda çox sayda uyğunsuz məzmunun yer aldığı, uşaqların zaman-zaman cinsi qısnama hallarına məruz qaldığı vurğulanıb.

Qeyd edək ki, gündəlik təxminən 110 milyon istifadəçisi olan “Roblox” auditoriyasının 20 faizini 9 yaşdan kiçik uşaqlar, əksəriyyətini isə 16 yaşa qədər yeniyetmələr təşkil edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar