Rusiya ABŞ-ni 2019-cu ildə nüvə silahlarına nəzarətlə bağlı sazişindən çıxmağa vadar edən qanadlı raketləri Ukraynaya qarşı istifadə edir.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sbıqa bəyan edib. Onun sözlərinə görə, Rusiya ordusu “SSC-8/9M729” tipli qanadlı raketlərlə hücumlar həyata keçirir.
 
“Reuters”ə danışan və adının açıqlanmasını istəməyən ukraynalı rəsmi isə bildirib ki, Rusiya avqust ayından bəri 23 ədəd bu tip raket buraxıb. Onun sözlərinə görə, Rusiya ordusu 2022-ci ildə də “Novator 9M729” raketlərindən iki dəfə istifadə edib.
Sbiqanın bəyanatı Rusiyanın bu raketləri istifadə etdiyinə dair ilk rəsmi təsdiq kimi qiymətləndirilir. Eyni zamanda bildirilir ki, Rusiya Müdafiə Nazirliyi mövzu ilə bağlı şərh verməyib.
Nazir Sbiqa bildirib ki, Rusiyanın Ukraynaya qarşı INF sazişi ilə qadağan edilmiş “9M729” raketlərindən istifadə etməsi ABŞ-a və sabiq prezident Donald Trampın münaqişənin dayandırılması istiqamətində göstərdiyi diplomatik səylərə “hörmətsizlik” deməkdir: 
“Putinin bu addımı ABŞ-yə qarşı açıq sayğısızlıqdır”.
Kimliyi açıqlanmayan digət hərbi mənbə “Reuters”ə deyib ki, Rusiya oktyabrın 5-də buraxdığı “9M729” qanadlı raketi ilə sərhəddən 1200 kilometr aralıdakı obyekti vurub.
Cavid, BakuPost