Ru
18:06 / 19 May 2026

Rusiyada nənə dövlət çevrilişi etmək istədi: 9 il iş kəsildi - VİDEO

Rusiyada nənə dövlət çevrilişi etmək istədi: 9 il iş kəsildi - VİDEO
Eye

Rusiyanın Tümen şəhərində təqaüdçü qadın dövlət çevrilişinə cəhd etdiyinə görə 9 il müddətinə həbs cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bakupost.az xəbər verir ki, 71 yaşlı qadın SSRİ-nin mövcudluğuna son qoyulmasının qanunsuz olduğunu təblig edib.

Yaşlı xanım qadağan olunmuş hərəkatın tərəfdarları ilə birlikdə hərbi qulluqçuları hakimiyyəti zorakılıqla ələ keçirmək üçün “RSFSR Tümen Vilayəti Xalq Deputatları Şurasına” qoşulmağa təhrik edib.

Həbs cəzasından əlavə, təqaüdçüyə iki il müddətinə veb saytlar və kanalları idarə etmək, eləcə də sosial mediada qeydiyyatdan keçmək qadağan olunub.

Rüfət Sultan, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar