Yakutskda 38 yaşlı Viktor Savvinov qətl törətməkdə şübhəli bilinərək saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Exo Novosti” saytı məlumat yayıb. Yerli jurnalist Yekaterina Çemezovanın bildirdiyinə görə, cinayət fevralın 14-də baş verib. Onun mənbələri “insanların öldürülməsi” ifadəsini işlətdiyindən, qurbanların sayının birdən çox ola biləcəyi ehtimal edilir.
Məlumata görə, Savvinov 2020-ci ildə qətl ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin 2024-cü ildə Ukraynada müharibədə iştirak etdikdən sonra əfv alaraq məmləkətinə qayıdıb. Bundan qısa müddət sonra o, daha iki nəfəri öldürüb. Məhkəmə Savvinovu bu dəfə 20 il azadlıqdan məhrum etsə də, o, Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq yenidən müharibə zonasına göndərilib.
Savvinovun əvvəlki qurbanlarından birinin qohumu iddia edir ki, o, ötən payızda müalicə aldığı Buryatiyadakı hospitaldan qaçıb və Yakutiyaya qayıdıb.
Cavid, BakuPost