Ru
22:27 / 11 Fevral 2026

Rusiyada Vatsap və Yutub tamamilə bloklandı

Rusiyada Vatsap və Yutub tamamilə bloklandı
Eye

Rusiyada “vatsap" mesenceri birdəfəlik bloklanıb.

Bakupost.az xəbər verir ki, bu barədə yerli informasiya mənbələri məlumat yayıb.

Mesencerə məxsus domen adı Milli Domen Adları Sisteminin reyestrindən çıxarılıb.

Bu səbəbdən artıq ölkə daxilində VPN xidmətlərindən istifadə etmədən "Vatsap" tətbiqinə giriş qeyri-mümkündür.

Eyni zamanda Rusiya mediası Yutub (YouTube) şəbəkəsinə də girişin tam bağlandığını yazıb.

Məlumata görə, “Roskomnadzor” video xidmət şəbəkəsinin domenlərini DNS xidmət serverindən silib, buna görə də hazırda Yutub veb saytını tapmaq belə mümkün deyil. Lakin rəsmi olaraq Rusiyada heç kim Yutubu bloklamayıb.

Qeyd edək ki, Rusiya Teleqrama da məhdudiyyət tətbiq edib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar