Ru
22:07 / 30 İyul 2025

Rusiyalı deputat Navalnıyə görə həbs edildi

Rusiyalı deputat  Navalnıyə görə həbs edildi
Eye

Rusiyalı deputat İvan Apostolevski sosial şəbəkədəki paylaşımına görə 7 gün müddətinə həbs edilib.

Bakupost.az xəbər verir ki, o, ekstremist təşkilatın simvollarını təbliğ etdiyinə görə cəzalandırılıb.

Deputat Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilmiş Aleksey Navalnının fotosunu sosial şəbəkələrdə dərc edib. Bu səbəbdən o, ölkənin İnzibati Xətalar Məcəlləsinin 20.3-cü (“Ekstremist təşkilatların simvollarının təbliği və ya açıq nümayişi”) maddəsi ilə ittiham olunur.

İ.Apostolevski Leninqrad vilayətinin qanunvericilik məclisində Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasını təmsil edir. 2023-cü ildə o, qanunsuz kütləvi tədbir təşkil etdiyinə görə saxlanılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar