Ru
16:36 / 26 İyun 2026

Rusiyanın keçmiş müdafiə naziri öldü

Rusiyanın keçmiş müdafiə naziri öldü
Eye

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov 73 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu məlumatı S.İvanovun fəxri prezidenti olduğu "VTB Birləşmiş Liqası" təşkilatı açıqlayıb.

Qeyd edək ki, o, 2001-2007-ci illərdə Rusiyanın Müdafiə Nazirliyinin rəhbəri postunu tutub. Bu vəzifədən getdikdən sonra 2007-11-ci illər ərzində Rusiya hökuməti sədrinin birinci müavini və müavini kimi çalışıb. Daha sonra Prezident Administrasiyasına keçərək, 2011-16-cı illərdə bu quruma rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.

Fevralın 4-də Sergey İvanov tutduğu vəzifədən istefa verib. Prezidentin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, İvanov öz istəyi ilə vəzifəsindən getmək qərarına gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar